Rus ordusu Volçanskda irəliləyir
Tarix: 09-07-2025 08:08 | Bölmə: Dünya
Rus ordusu Volçanskda irəliləyir

Rusiyanın hərbi bölmələri Xarkov vilayətinin Volçansk şəhərinin cənub-qərb hissəsindəki bir neçə küçədə irəliləyərək Ukrayna Silahlı Qüvvələrini oradan çıxarmağa nail olub.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu hərbi ekspert Andrey Maroçko deyib.

Onun sözlərinə görə, döyüşlər zamanı Rusiya Silahlı Qüvvələri Volçanskın cənub-qərbində üstünlük qazanıb.

Hərbi ekspert əlavə edib ki, Rusiya hərbçiləri Volçansk şəhərinin Qaqarin küçəsi boyunca yerləşən mövqelərdən ukraynalıları çıxarıb və Jeleznodorojnaya küçəsində də irəliləyiş var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb