07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Türkiyə İraqda kürd terrorçularına güclü zərbə endirdi
Tarix: 30-03-2019 16:03 | Bölmə: Dünya
Türkiyə İraqda kürd terrorçularına güclü zərbə endirdi

Türkiyə aviasiyası İraqın şimalındakı Hakurk və Avaşin-Basyan rayonlarındakı kürdlərin mövqelərinə, eləcə də PKK-nın bazalarına hücum edib.

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, ölkənin təhlükəsizlik qurumundan verilən məlumata görə, Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə kürdlərin Türkiyə ordusunun sərhəd rayonlarındakı hərbi hissələrinə qarşı hazırlanan bir neçə terrorun qarşısı alınıb.

Zərbə nəticəsində PKK-nın Kandil dağı ərazisindəki obyektləri də məhv edilib. Burada kürd yaraqlılarının mənzil-qərargahlarından birinin yerləşdiyi də entimal olunur.

Türkiyə hərbçiləri bu əməliyyatı Pençe adlandırıblar. Əməliyyatın son nəticəsi haqda hələ ki məlumat verilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}