Güclü qasırğa ABŞ-da binaları dağıdıb, ölənlər var
Tarix: 25-04-2019 19:12 | Bölmə: Dünya
Güclü qasırğa ABŞ-da binaları dağıdıb, ölənlər var

ABŞ-ın Luizina ştatının Raston şəhərində baş verən güclü qasırğa nəticəsində iki nəfər həlak olub.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Con Bella Edvards məlumat verib.

Təbii fəlakət nəticəsində binalar dağılıb, avtomobillərə və elektrik xətlərinə ziyan dəyib. Bundan əlavə, universitetlərdə dərslər dayandırılıb.

Milli meteorologiya xidmətinin hidroloqu K.Rossun verdiyi xəbərə görə, qasırğa 209 kilometrlik məsafəni keçərək Texasın şərqindən Luiziana və Arkanzas sərhədlərinədək uzanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}