Xaftarın düşərgəsində 8 əsgər vəhşicəsinə qətlə yetirilib
Tarix: 04-05-2019 19:45 | Bölmə: Dünya
Xaftarın düşərgəsində 8 əsgər vəhşicəsinə qətlə yetirilib

Mayın 4-də marşal Xalifa Xaftarın ordusunun Liviyanın cənubundakı Sabha çəhərindəki təlim düşərgəsinə hücum nəticəsində 8 əsgər öldürülüb.

Reyting.az bildirir ki, “Reuters”in məlumatına görə, əsgərlərdən birinin başı kəsilib, digərləri bıçaqlanıb və ya güllələnib.

Xaftarın Liviya milli ordusundakı mənbə bu hücuma görə İraq-Şam İslam Dövləri qruplaşmasını və çadlı yaraqlıları günahlandırıb.

Məlumata görə, Sabha və onun yataqlarını, ölkənin çənubunun böyük hissəsini kimi Liviya xalq ordusu nəzarət edir, ancaq Xaftarın qüvvələri yaxınlarda şimala, ölkənin paytaxtı Tripolini fəaliyyətdə olan hökumətinin nəzarətindəki ərazilərə doğru hərəkət edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb