20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Səudiyyəli vaiz: “Ərdoğan Səudiyyə Ərəbistanının düşmənidir”
Tarix: 17-05-2019 17:16 | Bölmə: Dünya
Səudiyyəli vaiz: “Ərdoğan Səudiyyə Ərəbistanının düşmənidir”

Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxınlığı ilə tanınan vaiz Şeyx Saleh əl-Məğamisi Türkiyə prezidenti Ərdoğanı ölkəsi ilə açıq düşmənlik etməklə günahlandırıb.

Reyting.az
“Qüdsül-Ərəbi” qəzetinə istinadla xəbər verir ki, Mədinədəki Quba məscidinin imamı Saleh əl-Məğamisi televiziya müsahibəsində Ərdoğanın Səudiyyənin İslam lideri kimi nüfuzunu yox etməyə çalışdığını söyləyib.

Əl-Məğamisi Türkiyə prezidentini "bəzən sahib olmadığı şeyləri təsəvvüründə canlandıran qəribə adam", - adlandırıb.

Ərdoğanın “Müsəlman qardaşlar”a rəğbət bəslədiyini ifadə edən səudiyyəli vaiz, həmçinin Ərəbistana səfəri zamanı ona göstərilən lütfkarlığın əvəzində, nanəciblik göstərməkdə ittiham edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər