Ukraynada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı
Tarix: 21-05-2019 19:18 | Bölmə: Dünya
Ukraynada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və iyulun 21-də növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda fərman imzalayıb.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, sənəd prezidentin saytında yayılıb.

Zelenski parlamentin buraxılacağını mayın 20-də özünün inauqurasiyası zamanı açıqlamışdı.

O, bunun səbəbini vətəndaşların parlamentinə inamının aşağı olması ilə – cəmisi 4 faiz izah edib.

Mayın 21-də parlament fraksiyalarının liderləri dövlət başçısı ilə məsləhətləşmənin gedişində növbədənkənar seçkilərin keçirilməsinə razılaşıblar.

Son sorğu nəticələrinə görə, növbədənkənar seçkilər nəticəsində parlamentə Zelenskinin “Xalqın xidmətçisi” partiyası, “Batkivşina”, “Müxalifər platforması – Yaşayış uğrunda”, eləcə də “Pyotr Poroşenkonun Bloku” keçə bilərlər.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}