Obama Messinin Argentina millisindəki uğursuzluğunun səbəbini açıqladı
Tarix: 29-05-2019 13:29 | Bölmə: Dünya
Obama Messinin Argentina millisindəki uğursuzluğunun səbəbini açıqladı

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Barselona” və Argentina millisinin hücumçusu ilə bağlı fikirlərini bölüşüb.

“Hətta bizim dahi hesab etdiyimiz insanlar öz üslubunu inkişaf etdirmək üçün digər insanlarla işləyirlər. Argentinada fövqəladə oyunçu Messi olmasına bamayaraq, dünya çempionatında qalib gəlmək mümkün deyil. Salavador Dalini xatərlayın. O, Jorj Brakdan öyrənib. Mən gənclərə məsləhət vermək istəyirəm – insanların çoxu böyük işləri təklikdə həyata keçirə bilmirlər”, - Reyting.az xarici mediaya istinadla bildirir ki, Obama söyləyib.

Messi əvvəllər Argentina millisinij heyətində 4 turnirdə finala qədər gedib çıxsa da, hamısında məğlub olub.

İyunun 14-dən iyulun 7-dək Braziliyada Amerika Kuboku keçiriləcək. Argentina B qrupunda Kolumbiya, Paraqvay və Qətər ilə oynayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}