Əfqanıstanda güclü partlayış: Ölənlər var
Tarix: 31-05-2019 11:52 | Bölmə: Dünya
Əfqanıstanda güclü partlayış: Ölənlər var

Mayın 31-də Əfqanıstan paytaxtında baş verən güclü partlayış nəticəsində ən azı 4 dinc sakin həlak olub, 3-ü yaralanıb.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, avtomobilə yerləşdirilən partlayıçı qurğu işə salınıb.

Dörd Amerika hərbçisinin də yaralandığı bildirilir.

Partlayış beynəlxalq beynəlxalq qeyri-hökumət təşkilatlarının ofislərinin yerləşdiyi və əsasən əcnəbilərin yaşadığı 9-cu polis dairəsində baş verib.

Mayın 30-da Kabildəki 5-ci polis dairəsində - marşal Fahim adına Milli müdafiə universitetinin yaxınlığındakı partlayış nəticəsində 6 nəfər ölmüşdü və bir bu qədər adam da yaralanmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}