Tramp London merini hədəfə aldı: "Çox uğursuz adamdır"
Tarix: 03-06-2019 15:56 | Bölmə: Dünya
Tramp London merini  hədəfə aldı: "Çox uğursuz adamdır"

ABŞ Prezidenti Donald Tramp dəfələrlə onu tənqid edən London meri Sadiq Xanı uğursuz adlandırıb.

Bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"London meri vəzifəsində hər baxımdan pis işləyən Sadiq Xan Birləşmiş Krallığın, heç şübhəsiz, ən vacib tərəfdaşı olan Birləşmiş Ştatların səfərdə olan prezidentinə qarşı axmaqcasına heç də xoş olmayan rəftar nümayiş etdirib. O, uğursuzdur. Diqqətini mənə ayırmaqdansa, qoy Londondakı cinayətlərə fikir versin", - D.Tramp yazıb.

Eyni zamanda ABŞ prezidenti Sadiq Xanın ona başqa bir tənqidçisini - Nyu-York meri Bill de Blazionu xatırlatdığını, sadəcə, Xanın müqayisədə bəstəboy olmasının fərqlilik yaratdığını bildirib/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}