20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qriqol Vaşadze: “Gürcüstanda hakimiyyət “bolşevik” terroruna başlayıb”
Tarix: 25-06-2019 22:58 | Bölmə: Dünya
Qriqol Vaşadze: “Gürcüstanda hakimiyyət “bolşevik” terroruna başlayıb”

“Nika Melianın hərəkətlərində cinayət tərkibi olmayıb”.

Bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze parlament yaxınlığında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, N.Melianın hərəkətlərində onun deputat statusuna zidd heç nə olmayıb: “Hakimiyyət birbaşa siyasi dialoqa başlamaq əvəzinə, “bolşevik” terroruna başlayıb. Bu hakimiyyətə artıq heç nə kömək etməyəcək. Onlar anlamırlar Gürcüstan vətəndaşlarına qarşı gedirlər. Vətəndaşlar bunu onlara heç vaxt bağışlamayacaqlar. Siyasi dialoq əvəzinə repressiyalar başlayıb”.

Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər