ABŞ Senatı Türkiyəyə F-35-in satışını qadağan etdi
Tarix: 28-06-2019 09:28 | Bölmə: Dünya
ABŞ Senatı Türkiyəyə F-35-in satışını qadağan etdi

ABŞ Senatının qəbul etdiyi 2020-ci il müdafiə büdcəsi layihəsində Türkiyəyə beşinci nəsil "F-35" təyyarələri və müvafiq texnologiyaların satışına qadağanı da yer alıb.

RİA "Novosti" xəbər verir ki, Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-ci əleyhinə səs verib.

İndi öz büdcə variantları olan senator və Nümayəndələr Palatası üzvləri sənədin birgə versiyasını hazırlamalıdırlar və ondan sonra sənəd dövlət başçısı tərəfindən imzalanacaq.

Qanun layihəsinin mətnində qeyd olunur ki, müdafiə naziri və dövlət katibi Konqresə Türkiyə hökumətinin Rusiyadan S-400 zenit-raket kompleksi almayacağına dair sübut təqdim edəcəyi təqdirdə, sənəddə istisna ola bilər/Report.

Xatırladaq ki, bu gün Ərdoğanla Trampın G-20-də görüşü gözlənilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər