09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Prezidentdən qəzəbli təpki: “İslandiya buzdan başqa nə bilir ki!?”
Tarix: 12-07-2019 19:09 | Bölmə: Dünya
Prezidentdən qəzəbli təpki: “İslandiya buzdan başqa nə bilir ki!?”

"İslandiyanın problemi nədir? Yalnız buz. Onlar bizi başa düşməzlər”.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bunu Filippin prezidenti Rodriqo Duterte deyib.

Bu gün BMT-də İslandiyanın təşəbbüsü ilə Filippində narkotiklərə qarşı mübarizənin araşdırılması təklif olunub. Qətnamə 18 ölkənin dəstəy ilə qəbul olunub.

"Onlar Filippinin sosial, iqtisadi və siyasi problemlərini anlamırlar", – deyə Duterte buna qəzəbli təpki verib.

Məlumata görə, Filippində narkotiklə mübarizədə ölü sayının müstəqil şəkildə yoxlanılması qeyri-mümkündür. Polis silahlı olduqlarını və həbs cəhdləri əsnasında 6.600 nəfərin öldürüldüyünü açıqlayıb. Lakin siyasi fəallar Filippində narkotik maddələrlə əlaqəli 27 minə yaxın qətlin baş verdiyini ehtimal edir.




Bölməyə aid digər xəbərlər