20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş nazir: "Ola bilsin meşələri qəsdən yandırıblar"
Tarix: 01-08-2019 10:19 | Bölmə: Dünya
Baş nazir: "Ola bilsin meşələri qəsdən yandırıblar"

Rusiya hökumətinin başçısı Dmitri Medvedev Sibirdə meşələrin qəsdən yandırılması versiyasının yoxlanılması ilə bağlı Baş Prokurorluğa və İstintaq Komitəsinə tapşırıq verib.

TASS xəbər verir ki, bu barədə D.Medvedev avqustun 1-də Çitada keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, meşələrin qanunsuz kəsilməsini gizlətmək üçün qəsdən yanğın törədə bilərlər: Tapşırığa əsasən, yoxlama cari il noyabrın 1-dək başa çatdırılmalıdır.

Qeyd edək ki, avqustun 1-də gecə saatlarında ABŞ prezidenti Donald Tramp Sibirdəki yanğının söndürülməsinə yardım etmək məqsədi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Xatırladaq ki, Sibirdə 3 mln. ha-dan artıq meşə sahəsi yanır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər