20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Devrilmiş prezident rüşvət aldığını etiraf edib
Tarix: 19-08-2019 16:43 | Bölmə: Dünya
Devrilmiş prezident rüşvət aldığını etiraf edib

Sudanın devrilmiş prezidenti ilk məhkəmə iclasında etiraf edib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən külli miqdarda pul alıb.

Reyting.az
“Axərin xəbər” saytına istinadla xəbər verir ki, Ömər əl-Bəşir pulu Səudiyyə Ərəbistanının tacdar şahzadəsi Məhəmməd bin Salman və BƏƏ əmiri Məhəmməd bin Zaiddən aldığını söyləyib.

Əl-Bəşir deyib: “Bin Zaid bir şərtlə mənə 1 milyon dollar verdi, amma pulu xərcləmədim, çünki bu xoşuma gəlmədi və pulu mənə çardıran şəxsin də adını çəkməyəcəyəm”.

Onun sözlərinə görə, pul xeyriyyə ianələrinə xərclənib və vəsaitin necə istifadə olunduğunu bilmir. Bu heç yerdə qeydə alınmayıb.

Eks-prezident daha sonra iş otağında aşkarlanan 2 milyon dolların bir hissəsinin Səudiyyə vəliəhdi Məhəmməd bin Salman tərəfindən verildiyini bildirib.

“Mənim əmlakım Kafuri məhəlləsindəki bir ev, ferma və mənzildir. Arvadım avtomobilini satmaqla Kafuri məhəlləsində iki torpaq sahəsinə sahib olub. Bütün pullarımı Hərbi Şura sədri müavininin qardaşı Əbdülrəhim Daqla vermişəm”, - deyə o əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər