Yeni baş nazirin kimliyi bəlli oldu
Tarix: 29-08-2019 18:11 | Bölmə: Dünya
Yeni baş nazirin kimliyi bəlli oldu

Ukrayna prezidenti Vladimir Zelenski baş nazir postuna Aleksey Qonçarukun namizədliyini irəli sürüb.

Hakim partiya "Xalqın xidmətçisi" parlamentdə böyük çoxluğa malik olduğundan hökumətin yeni rəhbəri A. Qonçaruk olacaq.

Prezidentin Radadakı nümayəndəsi Ruslan Stefançuk da bildirib ki, deputatlar baş naziri və nazirlər kabinetinin yeni tərkibini yekdilliklə təsdiqləyəcəklər.

Qeyd edək ki, Ukraynanın baş naziri Vladimir Qroysman ötən gün hökumət başçısı vəzifəsindən istefa verib.(Trend)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}