6 mindən çox müəllim təqaüdə göndərildi
Tarix: 04-09-2019 22:35 | Bölmə: Dünya
6 mindən çox müəllim təqaüdə göndərildi

Gürcüstanda təhsil sahəsində yeni islahatlar nəticəsində 6 mindən çox müəllim öz istəyi ilə təqaüdə göndərilib.

Reyting.az
xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsinə namizəd Mixeil Batiaşvili parlamentdəki çıxışı zamanı məlumat verib.

O bildirib ki, bu, olduqca vacib islahatdır. Dövlət könüllü olaraq layiqli təqaüdə çıxmağa qərar verən müəllimləri mükafatla təmin edəcək. Həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar.

Nazir təhsil sahəsində yeni kadrlarla bağlı əlavə addımların atılacağını da deyib. Bildirib ki, məktəb islahatları ilə bağlı ilk mərhələ başa çatıb, ikinci mərhələyə isə payız aylarında start veriləcək.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}