17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Səudiyyə Ərəbistanı Suriya ilə əlaqələri bərpa etmək istəyir
Tarix: 05-09-2019 17:19 | Bölmə: Dünya
Səudiyyə Ərəbistanı Suriya ilə əlaqələri bərpa etmək istəyir

Səudiyyə Ərəbistanının gizli sirlərini faş edən sosial şəbəkə fenomeni “Müctəhid” rəsmi Riyadın Suriya hökuməti ilə əlaqələri bərpa etmək istəyini açıqlayıb.

Reyting.az
“Tvitter”ə istinadla xəbər verir ki, “Müctəhid” öz tvitində yazıb:

“Çoxlarının inancının əksi olaraq, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında Suriya ilə bağlı mübahisə yoxdur. Ər-Riyad və Şam arasındakı diplomatik və siyasi münasibətlərdə gözlənilməz hadisələr baş verəcək”.

“Müctəhid” vurğulayıb: “Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə bir neçə həftə ərzində Səudiyyə Ərəbistanı səfirinin Dəməşqə qayıtması üçün lazımi hazırlıqları görmək əmri verib və bir sıra digər nazirliklərə iqtisadi əlaqələri bərpa etmək üçün bir plan hazırlamağı tapşırıb”.

Xatırladaq ki, “Tvitter”də “Müctəhid” anonim istifadəçisinin təxminən 2 milyon izləyicisi var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}