20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Koçaryan həbsdə qaldı - Məhkəmədən qərar
Tarix: 17-09-2019 17:36 | Bölmə: Dünya
Koçaryan həbsdə qaldı - Məhkəmədən qərar

Yerevan Ümumi Məhkəməsi 2008-ci ilin mart hadisələrilə bağlı Konstitusiya quruluşunu devirməklə bağlı ittiham əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması barədə qərar çıxarıb.

TASS xəbər verir ki, sabiq prezidentin vəkilləri məhkəmənin iclası zamanı onu girov müqabilində azad edilməsi barədə vəsatət qaldırıblar. Müttəhim bununla bağlı girov müqabilində azadlığa buraxılacağı təqdirdə, istintaqdan yayınmaq fikrində olmadığını bildirib.

“İstintaqdan gizlənməyimi dilə gətirməyin özü belə heysiyyətimə toxunur”, - R.Koçaryan qeyd edib.

Bundan əvvəl Ermənistan Cinayət Məcəlləsinin R.Koçaryanın həbsinə əsas olan 35-ci maddəsi Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd elan edilmişdi/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər