Baş nazir prezidentlə danışığının təfərrüatını açıqlamayıb
Tarix: 07-10-2019 19:47 | Bölmə: Dünya
Baş nazir prezidentlə danışığının təfərrüatını açıqlamayıb

İsrail baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, baş nazir deyib: “Bir neçə həftə əvvəl onunla İsrail dövlətinin təhlükəsizliyi üçün vacib olan mövzularla bağlı görüşmüşdüm və budəfəki söhbət də İsrailin təhlükəsizliyi üçün vacib idi".

Baş nazir təfərrüatı açıqlamasa da, söhbətin Ağ Evin açıqlaması nəticəsində Suriyada dəyişən dinamika ilə əlaqəli olduğu güman edilir.

"Ətrafımızda böyük problemlər var, amma Rusiya ilə vacib əməkdaşlıq və əlaqələndirmədən zövq alırıq. Bu, bizim üçün çox vacibdir və bundan sonra da davam edəcəyik".

Netanyahu Putinlə sonuncu dəfə 17 sentyabr seçkisindən beş gün əvvəl Soçidə görüşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}