20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İngiltərə 480 milyon dollar borcunu ödəməkdən yayınır - Səfir
Tarix: 08-10-2019 21:26 | Bölmə: Dünya
İngiltərə 480 milyon dollar borcunu ödəməkdən yayınır

İranın Londondakı səfiri borcu ödəməmək üçün "hər cür fəndlərə əl atdığına görə" İngiltərənin tənqid edib.

Reyting.az
“Fars” agentliyinə istinadla xəbər verir ki, 1979-cu il inqilabından əvvəl İran şahı Böyük Britaniyadan tank almaq qərarına gəlib və bunun üçün müvafiq ödənişlər edilib.

İslam Respublikasının səfiri Həmid Baedinejad deyib: “İngiltərə Müdafiə Nazirliyinin törəmə şirkətinin hüquq məsləhətçisi İrana olan borcun ödənilməsini təxirə salmaq üçün bütün mümkün prosedur taktikalarına müraciət edir. Bu səylərə görə məhkəmənin növbəti iclası 2020-ci ilin mart ayına saxlanılıb”.

2012-ci ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi İngiltərənin İrana 400 milyon funt sterlinq (təxminən 480 milyon dollar) ödəməsi barədə qərar çıxarıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər