20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türk ordusu YPG-nin başına bomba yağdırır - Terrorçular yayınmaq üçün bölgəni qara tüstüyə bürüyüb
Tarix: 09-10-2019 22:12 | Bölmə: Dünya
Türk ordusu YPG-nin başına bomba yağdırır - Terrorçular yayınmaq üçün bölgəni qara tüstüyə bürüyüb

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bu gün yerli vaxtla saat 16.00-da Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı "Barış pınarı” hərəkatına start verib.

Reyting.az
xəbər verir ki, axşam saatlarında türk ordusu uzaqmənzilli top və "F-16" qırıcıları ilə Fərat çayının şərqini işğal etmiş YPG/PYD-nin mövqelərini bombardman edirlər.

İlkin məlumata görə, Türkiyə qırıcıları YPG/PKK-nın işgalındakı bölgəyə təxminən 30 km dərinliyində daxil olub: "Türk qırıcıları Ayn İsa rayonu çevrəsindəki Rami Hava bazasını, silah anbarını, eyni zamanda, Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərindəki terror qruplaşmasının mövqelərini darmadağın edib. Paralel olaraq, Rəsulyan rayonu və ətrafındakı terror yuvaları da vurulur".

Məlumata görə, YPG/PKK Türkiyə qırıcılarının hədəfi dəqiq müəyyən etməsinə mane olmaq üçün ərazidə çoxsaylı təkər yandırıb, havanın üzünü qara buludla örtməyə çalışırlar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər