Ərdoğan fransız jurnalına qarşı məhkəmə davası açır - Foto
Tarix: 25-10-2019 17:27 | Bölmə: Dünya
Ərdoğan fransız jurnalına qarşı məhkəmə davası açır

Türkiyə Prezidentinin Aparatı Fransanın “Le Point” jurnalını Ərdoğanı təhqir etdiyi üçün məhkəməyə verib.

Reyting.az
“Tvitter”ə istinadla xəbər verir ki, Prezidentin mətbuat katibi İbrahim Kalın öz səhifəsində Fransanın Əlcəzair və s. Afrika ölkələrini işğal etdiyini və minlərlə insanın öldüyünü yazıb.

O, Fransanın köləliyi davam etdirdiyini və Ruandada soyqırımına imkan verdiyini, “indi də fransız təbliğatında bizi irqi təmizləmədə ittiham etdiyi”ni qeyd edib.

Xatırladaq ki, “Le Point” jurnalı oktyabrın 24-ü tarixli sayında Ərdoğanı Suriya kürdlərinə qarşı soyqırımında günahlandırıb.

Ərdoğan fransız jurnalına qarşı məhkəmə davası açır




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər