İrandakı uranium təmizləmə müəssisəsi nüvə mərkəzinə çevrilməyəcək
Tarix: 09-11-2019 16:54 | Bölmə: Dünya
İrandakı uranium təmizləmə müəssisəsi nüvə mərkəzinə çevrilməyəcək

İran hökuməti Fordo yanacaq təmizləmə müəssisəsini beynəlxalq nüvə və fizika mərkəzinə çevirməkdən imtina edib.

Bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib: “Əslində, Müştərək Əhatəli Tədbirlər Planının (JCPOA) bir sıra bəndlərindən, o cümlədən Fordovun beynəlxalq nüvə və fizika mərkəzinə çevrilməsini nəzərdə tutan 44-cü bənddən imtina etdiyimizi deyə bilərik”.

Xatırladaq ki, ötən gün İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Fordovdakı müəssisədə qarşıdakı çərşənbə günündən 5 faiz səviyyəsində uranium təmizlənməsinə başlayacaqlarını, bunun Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin gözü qarşısında baş verəcəyini, çərşənbə axşamı günü isə agentliyə Fordovdakı fəaliyyətlər barədə məktub ünvanlayacaqlarını bildirmişdi.

Daha əvvəl prezident Həsən Ruhani Fordova dair qərarın JCPOA çərçivəsindəki öhdəliklərini ixtisarın dördüncü mərhələsi olduğunu, həmin planın digər iştirakçıları “öhdəliklərini yerinə yetirərsə”, bu addımı, habelə əvvəlki üç addımı dayandıra biləcəklərini açıqlamışdı.

Qeyd edək ki, 2018-ci ilin may ayında ABŞ JCPOA-nı tərk etdərək ləğv etdikləri sanksiyaları bərpa etdikdən sonra İran həmin planla bağlı öhdəliklərini ardıcıl olaraq təxirə salır. Bu ilin mayın 8-də JCPOA-nın avropalı iştirakçıları Böyük Britaniya, Almaniya, Fransa qarşısında iqtisadi dəstək göstərmək üçün 60 gün vaxt verən İran hökuməti bunun öhdəliklərini ixtisarın ilk mərhələsi olduğunu bildirmişdi. Həmin vaxt başa çatandan sonra adıçəkilən ölkələrə daha 60 gün vaxt verildi. Sentyabrşn 7-də isə İran hökuməti öhdəlikləriindən çəkilmənin üçüncü mərhələsinə başladıqlarını, nüvə tədqiqatlarına dair hər cür məhdudiyyətləri kənara qoyduqlarını açıqlayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər