Nazirə məsciddə “layiqli yer” verilmədi - Foto
Tarix: 23-11-2019 14:35 | Bölmə: Dünya
Nazirə məsciddə “layiqli yer” verilmədi

Yoxlama-təftiş üçün Sinopa gələn Türkiyənin Ətraf mühit və şəhərsalma üzrə naziri Murat Kurum Cümə namazı qılmaq üçün şəhər mərkəzindəki tarixi Əlaəddin Keykubad məscidinə gedib və orada “xoş qarşılanmayıb”.

Reyting.az
“Aydınlık” qəzetinə istinadla xəbər verir ki, nazir səfərdə onu müşayiət edən yoldaşları ilə birlikdə məscidə girərək, ön sırada, müftinin yanında oturmaq istəyib.

Bu vaxt Kurum 75 yaşlı, 3 uşaq atası Bilal Göbeloğlundan yerini ona verməsini istəyib. Amma yaşlı vətəndaş nazirə yerini verməyib. "Bu, Allahın evidir. Mən həmişə burada namaz qılıram, kim gəlirsə-gəlsin, yerimdən qalxmayacağam", - deyib.

Nazirə məsciddə “layiqli yer” verilmədi




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər