Tramp: “İranın cəsur xalqına hər cür dəstəyimiz var”
Tarix: 03-12-2019 22:15 | Bölmə: Dünya
Tramp: “İranın cəsur xalqına hər cür dəstəyimiz var”

“ABŞ azadlıq üçün etiraz aksiyaları keçirən cəsur İran xalqını dəstəkləyir”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Londonda NATO-ya üzv ölkələrin dövlət başçılarının toplantısına qatılan ABŞ prezidenti Donald Tramp özünün Tvitter hesabında yazıb.

Prezident Tramp əlavə edib ki, etiraz aksiyasına çıxan İran xalqına dəstəyimiz var və hər zaman da olacaq.

O, İran rejimini nəzərdə tutaraq deyib ki, çox böyük etiraz aksiyaları olur: “Bir çox insanı öldürürlər və kimsə bilməsin deyə interneti qapadırlar”.

Xatırladaq ki, ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsiri ilə iqtisadi problemlə üzləşən İranda 15 noyabrda benzinin qiymətinin bahalaşmasından sonra paytaxt Tehran da daxil olmaqla böyük etiraz aksiyaları keçirilib. Qeyri-rəsmi məlumatlara görə, aksiyalar zamanı 208 nəfər öldürülüb, 7 mindən çox fəal etirazçı həbs olunub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}