Lavrovla Pompeonun görüşü: iki ölkənin nazirləri bağlı qapı arxasında nələri müzakirə ediblər?
Tarix: 10-12-2019 23:51 | Bölmə: Dünya
Lavrovla Pompeonun görüşü: iki ölkənin nazirləri bağlı  qapı arxasında nələri müzakirə ediblər?

ABŞ-da səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşündə bir sıra beynəlxalq məsələlər müzakirə edilib.

"RİA Novosti” xəbər verir ki, hər iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları, Əfqanıstan, Ukrayna, İran, KXDR-ə qarşı sanksiyalar məsələlərini, strateji hücum silahlarının ixtisarı, habelə digər məsələləri müzakirə ediblər. Lavrov və Pompeonun görüşündə xüsusən iki ölkə arasındakı əməkdaşlıq diqqət mərkəzində olub.

Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində ABŞ dövlət katibi dəvətə görə Rusiyanın XİN rəhbərinə təşəkkür edib.

Sergey Lavrov amerikalı həmkarını "Normand dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb. İki ölkənin rəsmiləri eləcə də Yəməndə və Liviyada əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

ABŞ və Rusiyanın dövlət nümayəndələri silahlanmaya nəzarət, regional məsələləri də müzakirə ediblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər