"Boko Haram" silahlıları şəhərə hücüm etdi: 15 nəfəri qətlə yetirildi
Tarix: 14-12-2019 20:27 | Bölmə: Dünya
"Boko Haram" silahlıları şəhərə hücüm etdi: 15 nəfəri qətlə yetirildi

"Boko Haram" terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatının Maqumeri şəhərinə hücüm edərək azı 15 nəfəri öldürüb.

TASS xəbər verir ki, bu barədə ştatın deputatı Osman Zann bildirib.

Onun sözlərinə görə, silahlılarla atışmada təhlükəsizlik xidmətinin və könüllülərin 8 döyüşçüsü, habelə 7 dinc sakin həlak olub.

Silahlılar Maqumeriyə 11 avtomobildə soxulublar. Şahidlər bildirib ki, terrorçular iri kalibrli pulemyotlardan istifadə ediblər. Nigeriya hakimiyyəti hələ bu hadisə haqqında informasiya yaymayıb.

"Boko Haram" təşkilatı Nigeriyanın şimalında 2002-ci ildə yaradılıb. Qruplaşmanın bazası Mayduquri şəhəri hesab edilir. Təşkilat ölkədə hakimiyyəti ələ keçirməyi qarşısında məqsəd qoyub.

BMT-nin məlumatına görə, "Boko Haram" son 10 ildə Nigeriyada 35 min insanı qətlə yetirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər