SEPAH sərnişin təyyarəsinin vurulmasının məsuliyyətini öz üzərinə götürdü
Tarix: 11-01-2020 15:07 | Bölmə: Dünya
SEPAH sərnişin təyyarəsinin vurulmasının məsuliyyətini öz üzərinə götürdü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

"RİA Novosti"nin xəbərinə görə, bu barədə İranın Hərbi kosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə deyib:

“İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzaya uğraması üçün tam məsuliyyət daşıyır. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və ölkələrin səlahiyyətlilərinin qəbul edəcəyi istənilən əmrləri yerinə yetirməyə hazırıq".

APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər