“Sepah” generalı: “Kaş öləydim və belə bir qəzanın şahidi olmayaydım”
Tarix: 11-01-2020 15:19 | Bölmə: Dünya
“Sepah” generalı: “Kaş öləydim və belə bir qəzanın şahidi olmayaydım”

“Ukrayna təyyarəsinin qəzaya uğraması xəbərini eşitdikdən sonra özümə ölüm arzulayıram”.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu “Sepah”ın aerakosmik qüvvələrinin komandanı Əmrəli Hacızadə deyib.

Mətbuat konfransında çıxışı zamanı o deyib: “Kaş öləydim və belə bir qəzanın şahidi olmayaydım”.

Əmirəli Hacızadə “Boğazımız tükdən incədir və hakimiyyət nə qərar verirsə, ona əməl edəcəyik”, - deyə istefa verməyə hazır olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər