İranın bir neçə hərbi rəsmisinə sanksiya edilib - Siyahı
Tarix: 12-01-2020 00:48 | Bölmə: Dünya
İranın bir neçə hərbi rəsmisinə sanksiya edilib

Möhsün Rezai və Əli Şəmxani ABŞ-ın yeni sanksiya siyahısına salınıb.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Ali Milli Təhlükəsizlik Şurasının hazırkı katibi Əli Şəmxani və Keşikçilər Korpusunun keçmiş komandiri Möhsün Rezaidən başqa, “Bəsic” qüvvələrinin hazırkı rəhbəri Qulamrza Süleymani də “qara siyahı”ya daxil edilib.

Həmçinin Silahlı Qüvvələr Baş Qərargahının koordinatoru Əli Abdollahi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Məhəmməd Rza Aştiani, İran Liderinin Aparatında beynəlxalq əlaqələr üzrə direktor müavini Möhsün Qumi ABŞ Xəzinədarlığı tərəfindən qadağan edilmiş digər simalardır.

Sanksiyalar ABŞ-ın İraqdakı bazasına raket hücumu bəhanəsi ilə həyata keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər