16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İranda sərnişin təyyarəsi avtomobil yoluna enib
Tarix: 27-01-2020 10:29 | Bölmə: Dünya
İranda sərnişin təyyarəsi avtomobil yoluna enib

İranda sərnişin təyyarəsi Məhşəhr şəhərinin mərkəzindəki avtomobil yoluna təcili eniş etməyə məcbur olub.

“CNN Türk” xəbər verir ki, “Caspian Airlines” şirkətinə məxsus hava gəmisində 135 sərnişin olub.  

Təyyarənin hansı səbəbdən təcili eniş etdiyi hələlik məlum deyil. 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Təyyarə Tehrandan Məhşəhr şəhərinə uçurmuş/Report. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}