19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
AŞ Nazirlər Komitəsinin sessiyası Tbilisidə keçirilməyəcək
Tarix: 26-02-2020 15:44 | Bölmə: Dünya
AŞ Nazirlər Komitəsinin sessiyası Tbilisidə keçirilməyəcək

Avropa Şurası Nazirlər Komitəsinin 130-cu sessiyası Tbilisi əvəzinə Strasburqda keçiriləcək.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, bu barədə qərar Strasburqda Nazirlər Komitəsinin keçirilən iclasında qəbul olunub.

Tədbirin məkanı Rusiyaya görə dəyişdirilib. Belə ki, bu ölkənin XİN başçısı Sergey Lavrovun sessiyada iştirak məqsədilə Tbilisiyə səfəri mümkünsüz olub.

Qeyd edək ki, iclasın bu il mayın 14-15-də Tbilisidə keçirilməsi nəzərdə tutulurdu/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}