Bolqarıstan Türkiyə ilə sərhədi gücləndirir
Tarix: 28-02-2020 16:51 | Bölmə: Dünya
Bolqarıstan Türkiyə ilə sərhədi gücləndirir

Bolqarıstan miqrant axınının qarşısını kəsmək üçün Türkiyə ilə sərhədə 1 000 hərbçi göndərəcək.

“Habertürk” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Krasimir Karakaçanov bildirib.

Bundan başqa, Bolqarıstanın baş naziri Boyko Borisov Türkiyə sərhədi boyu nəzarətin gücləndirildiyini açıqlayıb.

Xatırladaq ki, ötən gecə İdlib bölgəsində 33 hərbçisinin həlak olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}