13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Səudiyyə Ərəbistanı 9 ölkə ilə təyyarə və gəmi səfərlərini dayandırıb
Tarix: 09-03-2020 13:20 | Bölmə: Dünya
Səudiyyə Ərəbistanı 9 ölkə ilə təyyarə və gəmi səfərlərini dayandırıb

Səudiyyə Ərəbistanı koronavirusa qarşı mübarizə çərçivəsində 9 ölkə ilə təyyarə və gəmi səfərlərini müvəqqəti olaraq dayandırıb.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, hökumət Səudiyyə Ərəbistanı təbəələrinin Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Livan, Suriya, Cənubi Koreya, Misir, İtaliya və İraqa, eləcə də ölkə vətəndaşlarının krallığa səfərlərini müvəqqəti olaraq dayandırıb.

Məlumata görə, son 14 gündə həmin ölkələrdə olanların Səudiyyə Ərəbistanına girişi təxirə salınıb. BƏƏ, Küveyt və Bəhreyndən quru yolu ilə gələnlərə bu qadağa şamil edilməyəcək/Report.




Bölməyə aid digər xəbərlər