11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Niderlandda son sutkada koronavirusdan 175 nəfər ölüb
Tarix: 31-03-2020 17:19 | Bölmə: Dünya
Niderlandda son sutkada koronavirusdan 175 nəfər ölüb

Niderlandda son sutkada koronavirusdan ölənlərin sayı kəskin artıb.

“Reuters” xəbər verir ki, krallıqda daha 175 nəfər koronavirusdan ölüb.

Beləliklə, Niderlandda virus qurbanlarının sayı 1 039 nəfərə çatıb.

Bundan başqa, ölkədə yoluxanların rəsmi sayında da artım müşahidə edilib. Belə ki, yoluxanların sayı son 1 gündə daha 845 nəfər artaraq 12 595 nəfərə yüksəlib.

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}