Ukraynada son sutkada 224 nəfərdə koronavirus aşkarlanıb
Tarix: 09-04-2020 11:40 | Bölmə: Dünya
Ukraynada son sutkada 224 nəfərdə koronavirus aşkarlanıb

Ukraynada son sutkada 224 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Şərqi Avropa ölkəsində qeydə alınmış koronavirusa yoluxma faktlarının sayı 1892-yə çatıb. İndiyədək ölənlərin sayı 57, sağalanların sayı isə 45 nəfərdir.

Bildirilir ki, ölkədə yoluxma faktlarının ən böyük qismi qərbdə yerləşən Çernivtsi vilayətində qeydə alınıb – 302.

Qeyd edək ki, Ukraynada ötən gün yoluxma hallarının 1 668 olduğu açıqlanmışd/Reportı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}