Rəsmi Pekindən COVID-19-un laboratoriyadan sızma iddiasına reaksiya: "Dəlil yoxdur"
Tarix: 16-04-2020 16:27 | Bölmə: Dünya
Rəsmi Pekindən  COVID-19-un laboratoriyadan sızma iddiasına reaksiya: "Dəlil yoxdur"

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın yeni növ koronavirusun (COVID-19) Uhan şəhərində laboratoriyadan yayılması ilə bağlı iddialarına münasibət bildirib.

"Reuters" xəbər verir ki, Çin XİN-in (XİN) mətbuat katibi Çjao Litszyan bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri artıq bir neçə dəfə COVID-19 virusunun laboratoriyada yaradılmasına dair heç bir dəlilin olmadığını söyləyiblər.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət COVID-19-la səmərəli şəkildə mübarizə aparacağı müddətdə qələbə qazana biləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 15-də keçirdiyi brifinqdə deyib ki, onun administrasiyası koronavirusun Uhandakı laboratoriyadan yayılması məsələsini müəyyənləşdirmək üçün çalışırAPA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}