Kanadada silahlı şəxs bir neçə nəfəri öldürdü
Tarix: 19-04-2020 19:57 | Bölmə: Dünya
Kanadada silahlı şəxs bir neçə nəfəri öldürdü

Kanadanın Yeni Şotlandiya əyalətinin polisi bir neçə nəfəri öldürməkdə şübhəli bilinən 51 yaşlı silahlı şəxsi saxlayıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, hadisə Qalifaks əyalətinin paytaxtından təxminən 130 kilometr aralıdakı Portapik şəhəri ətrafında qeydə alınıb. Hadisə barədə digər məlumat hələ ki verilmir.

Atəş açmaqda şübhəli bilinən Qebriel Vortman saxlanılıb.

Kanadada kütləvi atəş açılması kifayət qədər nadir hadisədir. Buna səbəb ABŞ-dan fərqli olaraq bu ölkədə silahlara nəzarət üzrə qanunların daha ciddi olmasıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}