İspaniyada son sutkada koronavirusdan 301 nəfər ölüb
Tarix: 28-04-2020 12:57 | Bölmə: Dünya
İspaniyada son sutkada koronavirusdan 301 nəfər ölüb

İspaniyada son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) 301 nəfər vəfat edib.

Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İspaniyada indiyə kimi koronavirusdan ölənlərin sayı 23 822 nəfərə çatıb.

İspaniyada son 24 saat ərzində 1308 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə koronavirusa yoluxma sayı 210 773 nəfərə çatıb.

İndiyədək COVID-19 virusuna yoluxanlardan 102 548 nəfər sağalıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}