Dünyada koronavirusdan ölənlərin sayı 325156 nəfərə çatıb
Tarix: 20-05-2020 12:33 | Bölmə: Dünya
Dünyada koronavirusdan ölənlərin sayı 325156 nəfərə çatıb

Dünyada koronavirusa yoluxan 1 970 918 nəfər sağalıb, 325 156 nəfər isə virusdan ölüb.

İndiyədək 5 000 599 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 528 566), Rusiya (308 705) və Braziliyada (271 885) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 151 615 nəfər yoluxub, 4 199 nəfər ölüb. İranda isə 124 603 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 119 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, mayın 19-na olan məlumata görə, Azərbaycandaqeydə alınmış yoluxma faktlarının ümumi sayı 3 518-dir. İndiyədək ölkəmizdə 2 198 nəfər virusdan sağalsa da, 41 nəfər pandemiyanın qurbanı olub/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}