Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapılıb
Tarix: 23-05-2020 16:22 | Bölmə: Dünya
Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapılıb

Pakistanın Karaçi şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin hər iki “qara qutu”su tapılıb.

Bu barədə məlumat “Dev Discourse” nəşri yayıb.

“Qara qutu” ötən gün axşam tapılıb, biz onu istintaq komitəsinə təhvil veririk”, - aviaşirkətin rəsmisi deyib.

O, həm göyərtənin səs yazısı cihazının, həm də pilot kabinəsindəki diktofonun aşkarlandığını vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Pakistanın Karaçi şəhəri yaxınlığında 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}