“Allahu əkbər” qışqırıb adamlara balta ilə hücum etdi
Tarix: 29-05-2020 17:46 | Bölmə: Dünya
“Allahu əkbər” qışqırıb adamlara balta ilə hücum etdi

Niderlandın Sheveninqen şəhərində kişi yoldan keçənlərə balta ilə hücum edib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, cinayətkarı saxlamaq üçün polis onun ayağına atəş açmaqla yerə yıxılmasına nail olub. Hazırda kişi ilə bağlı araşdırma aparılır, şəxsiyyəti və məqsədi ilə bağlı heç nə məlum deyil.

Məlumata görə, o, saxlanılan zaman “Allahu əkbər” qışqırıb.

Şahidlərin sözlərinə görə, hadisə mayın 28-də axşam saat 19 radələrində baş verib. Balta ilə küçədə yeriyən kişi yaxınlıqdan keçənlərə hücum edib. Yerli sakinlər iddia edirlər ki, o, ən azı iki nəfəri yaralayıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}