Corc Floydun qatili həbs edildi
Tarix: 30-05-2020 19:12 | Bölmə: Dünya
Corc Floydun qatili həbs edildi

ABŞ-ın Minneapolis şəhərində silahsız qaradərili amerikalı Corc Floydun ölümündən sonra davam edən etirazlara görə şəhərdə komendant saatı elan edilib.

Reyting.az
“BBC”-yə istinadla xəbər verir ki, Floydun ölümündən sonra vəzifəsindən azad edilmiş dörd polis məmurundan biri olan Derek Çovin həbs olunub. Çovin "üçüncü dərəcəli qətl" və "ehtiyatsızlıqdan adam öldürmə" maddələri ilə ittiham olunur.

Minneapolis Bələdiyyəsinin başçısı Ceykob Ceykob Cümə günü yerli vaxtla 20:00-da başlayan qadağanın səhər 06.00-a qədər davam edəcəyini və Şənbə axşamı eyni vaxtda təkrarlanacağını açıqlayıb.

Hadisədən sonra ABŞ-ın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər