16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qüdsdəki Əl-Əqsa məscidi açılıb
Tarix: 31-05-2020 15:37 | Bölmə: Dünya
Qüdsdəki Əl-Əqsa məscidi açılıb

Qüdsdəki Əl-Əqsa məscidi koronavirus səbəbi ilə bağlandıqdan 70 gün sonra açılıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məscidin direktoru Ömər əl-Kisvani məscidin Fələstin Səhiyyə Nazirliyinin göstərişlərinə uyğun olaraq açıldığını söyləyib.

Daha əvvəl Fələstin hökuməti tibbi maskalar taxmaq və dini ayinlər zamanı dindarlar arasında sosial məsafəni qorumaq şərtilə bütün məscid və kilsələrin açılmasına qərar vermişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}