21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
Tarix: 09-07-2020 17:32 | Bölmə: Dünya
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"

Yerevanda ictimai-iaşə sahəsində işləyən bir qrup insan hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

Məlumatı “Aysor” yayıb.

“Mənim bu dövlətdən heç nə gözləmirəm. Baş nazir kreslosunda oturan adam xalqa qarşı diversiya ilə məşğuldur. Bu adi etiraz aksiyasıdır. Ancaq onlar bizi tuturlar. Qoy tutusunlar, sonra nə olacaq? Axı, xalq nə vaxtsa yenə ayağa qalxacaq”,- aksiya iştirakçısı Anait Simonyan bildirib.

O, fəaliyyətləri zamanı karantin şərtlərinə əməl edəcəklərindən danışaraq deyib: “Biz yaşamaq istəyirik. Məgər bizim uşaqlarımız onun Arpi və Şuşanından pisdir?”

Qeyd edək ki, Nikol Paşinyanın Aşot adlı bir oğlu, Mariam, Arpi və Şuşan adlı 3 qızı var/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər