Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub
Tarix: 12-07-2020 11:55 | Bölmə: Dünya
Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada koronavirusa 577 yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi bildirib.

Məlumata görə, koronavirus xəstələrinin sayı 31 969 nəfərə çatıb, daha 6 nəfər ölüb.  

"Ermənistanda koronavirusa 31 969 yoluxma təsdiq edilib, 19 633 pasiyent sağalıb, 565 insan ölüb”, - mərkəzdə bildirilib.

Qeyd edilir ki, hazırda 11 589 pasiyent müalicə edilir, koronavirusla bağlı ümumilikdə 134 989 test aparılıb.

Ölkədə COVID-19-la mübarizə çərçivəsində martın 16-dan iyulun 13-dək fövqəladə vəziyyəti elan edilib/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}