Belarusda kütləvi etiraz: güc strukturlarının 103 əməkdaşı xəsarət alıb
Tarix: 13-08-2020 12:25 | Bölmə: Dünya
Belarusda kütləvi etiraz: güc strukturlarının 103 əməkdaşı xəsarət alıb

Belarusda avqustun 9-dan 13-dək kütləvi etirazlar zamanı güc strukturlarının 103 əməkdaşı xəsarət alıb.

Reyting.az
xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə ilkin nəticələrə görə hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına hökumət evindən təxliyə edilib. Seçkilərdən iki gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}