14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Rusiya XİN: "Belarusdakı iğtişaşlarda “rus izi” axtarmaq əsassızdır"
Tarix: 13-08-2020 17:42 | Bölmə: Dünya
Rusiya XİN: "Belarusdakı iğtişaşlarda “rus izi” axtarmaq əsassızdır"

“Rusiya ilə Belarus arasında nifaq salmaq istəyənlər müvəffəqiyyətsizliyə düçar olacaqlar”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Belarusda prezident seçkiləri ərəfəsində saxlanılan rus vətəndaşlarla bağlı problemə tezliklə aydınlıq gətiriləcək.

“Artıq saxlanılan rus jurnalistlərin əksəriyyəti azad edilib. Rusiya Belarusdakı vəziyyətin tezliklə stabilləşəcəyinə ümid edir”, - deyə XİN rəsmisi qeyd edib.

M. Zaxarova Belarusdakı iğtişaşlarda “rus izi” axtarmağın əsassız olduğunu da vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər