Lukaşenko səfiri vəzifə və diplomatik rütbədən məhrum edib
Tarix: 01-09-2020 09:52 | Bölmə: Dünya
Lukaşenko səfiri vəzifə və diplomatik rütbədən məhrum edib

Belarusun İspaniyadakı səfiri Pavel Pustovoy prezident Aleksandr Lukaşenkonun fərmanı ilə rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün diplomatik rütbəsindən məhrum edilərək vəzifəsindən azad edilb.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Pavel Pustovoy rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsindən məhrum edilib. Həmçinin Pustovoy Belarus Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Dünya Turizm Təşkilatındakı Daimi Nümayəndəsi vəzifəsindən azad edilib”, - məlumatda deyilib.

Qeyd edək ki, Pustovoy bundan əvvəl “Facebook” hesabında respublikadakı vəziyyətin sülh yolu ilə həlli üçün prezident seçkilərində verilən səslərin yenidən sayılmasının tərəfdarı olduğunu söyləmişdi/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}