İranın "Qüds" qoşununun komandanı Suriyada yaralanıb
Tarix: 01-09-2020 11:42 | Bölmə: Dünya
İranın "Qüds" qoşununun komandanı Suriyada yaralanıb

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqin cənubunda Bəşşar Əsədə sadiq qüvvələrin mövqelərini bombalaması nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qoşununun komandanı, general-mayor İsmail Kaani yaralanıb.

Məlumatı “news.ru” yayıb.

Rəsmi Tehran və Başşar Əsəd rejimi informasiyanı nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, aprelin 1-də İsrailin Suriyanın Homs şəhərini bombalaması nəticəsində İsmail Kaaninin öldüyü barədə xəbər yayılmışdı.

Qeyd edək ki, “Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ Hərbi Hava Qüvvələrinin raket zərbəsi nəticəsində ölüb.

İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı ayətullah Seyid Əli Xaməneinin sərəncamı ilə bu vəzifəyə İsmail Kaani təyin edilib. İ.Kaani sələfinin müavini vəzifəsində çalışıb. O, vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib/Report.




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb